Barak Obama: «Diplomatiya və sanksiya yolu nəticə verməsə, İrana hərbi müdaxilə qaçılmaz olacaq»

Barak Obama: «Diplomatiya və sanksiya yolu nəticə verməsə, İrana hərbi müdaxilə qaçılmaz olacaq»
# 26 mart 2012 13:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Seulda keçirilən II Nüvə Təhlükəsizliyi Sammiti öncəsi Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşü zamanı ABŞ prezidenti Barak Obama deyib.

İsrailin İrana hücum etməsinə qarşı çıxan B.Obama bildirib ki, məsələnin sanksiyalar və diplomatiya yolu ilə həlli üçün vaxt var. Lakin bu yol da bağlanmaq üzrədir: «İranın nüvə proqramının həlli üçün bütün yollar bağlanarsa, hərbi əməliyyat qaçılmazdır».

Qeyd edək ki, II Nüvə Təhlükəsizliyi Sammiti martın 26-27-də Cənubi Koreyanın paytaxtı Seulda keçirilir. 53 dövlət və 4 beynəlxalq təşkilatın rəhbərlərinin iştirak etdiyi sammitə İran və Şimali Koreya dəvət edilməyib. Görüşdə əsas müzakirə mövzularından biri İranın mübahisəli nüvə proqramı olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR