10 il ərzində ABŞ-da məscidlərin sayı 74% artıb

10 il ərzində ABŞ-da məscidlərin sayı 74% artıb
# 01 mart 2012 00:46 (UTC +04:00)
Bakı-APA. Son 10 ildə ABŞ-da məscidlərin sayı 74% artıb. Bu barədə Kentukki universiteti nəzdində İslamı öyrənmə mərkəzinin hesabatında deyilir.

Hesabatda göstərilir ki, 2010-cu ildə ABŞ-dakı məscidlərin sayı 2 min 106 olub. 2000-ci ildə bu rəqəm 1209-a bərabər imiş. Məscidlərin çoxu Nyu-York (257), Kaliforniya (246) və Texas (166) ştatlarında yerləşir. Araşdırma göstərib ki, məscidlərin çoxu şəhərlərdədir, lakin kənd yerlərində də onların sayı sürətlə artır.

Amerika müsəlmanları etnik baxımdan çox müxtəlifdirlər. Onların arasında Somali, İraq və Qərbi Afrika əsillilər çoxluq təşkil edirlər. ABŞ-da 7 milyon müsəlman yaşayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR