Lənkəranda bayram yarmarkası keçirilir – FOTOSESSİYA

Lənkəranda bayram yarmarkası keçirilir – <font color=red>FOTOSESSİYA</font>
# 17 mart 2012 13:17 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran şəhər İcra Hakimiyyətinin (ŞİH) təşəbbüsü ilə şəhərin dəmiryolu vağzalının qarşısındakı meydanda Novruz bayramı münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası təşkil edilib.

APA-nın Cənub Bürosunun məlumatına görə, əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkaya 300 tondan çox müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, ət, yağ, yumurta, süd məhsulları çıxarılıb. Məhsullar bazar qiymətindən orta hesabla 25-30% ucuz satılır.

Bayram bazarlığına gələnlər qiymətlərin sərfəli olmasından, malların keyfiyyətindən və çeşidindən razı qaldıqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR