Bu ilin I yarısında Azərbaycanda rabitə sahəsinə 178 mln. manatdan çox investisiya qoyulub

Bu ilin I yarısında Azərbaycanda rabitə sahəsinə 178 mln. manatdan çox investisiya qoyulub
# 17 iyul 2012 15:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 72,9 mln. manat həcmində investisiya qoyuluşu həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7% çoxdur.

«APA-Economics»in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) bu ilin 6 aynın yekunlarına həsr olunan kollegiya iclasında nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov bildirib.

V.Zeynalovun sözlərinə görə, hesabat dövründə ümumilikdə bu sektora 178,3 mln. manat investisiya yatırılıb ki, bu da ölkə iqtisadiyyatına qoyulan investisiyanın 4%-ni təşkil edir.

V.Zeynalov daha sonra hesabat dövründə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 160,5 mln. manat proqnoza qarşı 180 mln. manat gəlir əldə edildiyini və bunun da proqnozla müqayisədə 12,2%, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3% çox olduğunu bildirib.

Nazirlik rəsmisi RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən bu ilin 6 ayı ərzində dövlət büdcəsinə 20,2 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna isə 7,4 mln. manat vəsaitin ödənildiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR