Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi kəskin azalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi kəskin azalıb
# 21 fevral 2012 13:31 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2011-ci il üzrə analoji göstəricisindən 0,29 bənd aşağıdır:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Həmin nisbət əhalinin gəlirlərinin xərclərini üstələmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.

Göründüyü kimi, indeksin yanvar ayında aşağı olması ənənəvi haldır və ilk növbədə həmin ay gəlirlərin aşağı düşməsi və eyni zamanda xərclərin yüksək olması ilə əlaqədardır. Ümumilikdə isə indeksin 1,12 bəndə bərabər olması əhalinin gəlirlərinin təxminən tam həcmdə xərclənməsini göstərir.

Qeyd edək ki, ötən ay pərakəndə əmtəə dövriyyəsi 1 360,3 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 478,3 mln. manat, əhalinin gəlirləri isə 2 062,4 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 223,8 mln. manat və ya 12,2% üstələyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR