Azərbaycan Mərkəzi Bankının notları üzrə orta gəlirlik I rübdə 0,35 faiz bəndi artıb
01 may 2012 12:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın fond bazarında dövlət qiymətli kağızları ilə keçirilən əməliyyatların sayı əvvəlki ilin I rübü ilə müqayisədə 14%, əməliyyatların həcmi isə 1,8 dəfə artaraq 2,6 mlrd. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) cari ilin yanvar-mart aylarının yekunlarına dair dərc etdiyi hesabatda bildirilir.
Hesabatda qeyd olunub ki, rüb ərzində dövlət istiqrazlarının yerləşdirməsinin qeydə alınmamasına baxmayaraq, bütövlükdə bazarın bu seqmenti üzrə artım Mərkəzi Bankın notları və onlarla keçirilən repo əməliyyatları hesabına baş verib. Hesabat dövründə dövlət qiymətli kağızları bazarında aparılan əməliyyatların həcminin 11%-i Mərkəzi Bankın notları, 89%-i isə repo əməliyyatlarının payına düşüb».
Hesabat dövründə Mərkəzi Bank tərəfindən antiinflyasiya xarakterli pul siyasətinin davam etdirilməsi not bazarının həcmində və bu alətin gəlirliyində öz əksini tapıb. Belə ki, cari ilin I rübündə Mərkəzi Bank tərəfindən bazarda yerləşdirilən notların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41%, bu alətin təkrar bazarı isə 16,3 dəfə artıb, bütövlükdə isə bazarın həcmi 43% artaraq 298,6 mln. manat təşkil edib: «Hesabat dövründə notların orta gəlirliyi 0,35 faiz bəndi artaraq illik 1,79% təşkil edib. Cari ilin I rübü ərzində Mərkəzi Bankın notları ilə aparılan repo əməliyyatlarının həcmində də əhəmiyyətli artım müşahidə olunub. Belə ki, hesabat dövründə bütövlükdə repo əməliyyatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47%, əməliyyatların həcmi isə 2 dəfə artaraq 2,326 mlrd. manat təşkil edib. Hesabat dövrü ərzində repo əməliyyatlarının 99%-dən çox hissəsi Mərkəzi Bankın notları vasitəsilə həyata keçirilib».

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024