İsveçrə Sərhəd Mühafizəsi rəisi Azərbaycana səfər edib

İsveçrə Sərhəd Mühafizəsi rəisi Azərbaycana səfər edib
# 07 noyabr 2012 13:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Dövlət Sərhəd Xidməti (DSX) rəisinin dəvəti ilə İsveçrə Sərhəd Mühafizəsi rəisi briqada generalı Yurq Notun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bu gün başa çatmış səfər çərçivəsində nümayəndə heyəti DSX-nin rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib.

Görüşdə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, DSX-nin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilib. Qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivləri, qeyri-leqal miqrasiya, narkotik maddələrin qaçaqmalçılığı, transsərhəd cinayətkarlıqla mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən tərəflər arasında əlaqələrin normativ-hüquqi bazasının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

İsveçrə nümayəndə heyəti DSX Akademiyası, Sahil Mühafizəsi, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR