İranla İraq arasında yeni enerji müqaviləsi bağlanıb

İranla İraq arasında yeni enerji müqaviləsi bağlanıb
# 13 iyun 2012 11:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranla İraq arasında enerji sahəsində əməkdaşlığa dair yeni müqavilə bağlanıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, saziş İranın energetika nazirinin müavini Məhəmməd Behzadla İraqın energetika nazirinin müavini Əmmar əd-Duri tərəfindən imzalanıb.

Müqaviləyə əsasən, İran Energetika Nazirliyinə bağlı “Mepna” şirkəti bir il ərzində Nəcəf və Kərbəla arasında 500 MVt-lıq “Heydəriyyə” elektrik stansiyasını inşa edəcək. Bundan əlavə, İraq üzərindən Livan və Suriyaya elektrik enerjisi ixracını nəzərdə tutan infrastruktur da qurulacaq. Eyni zamanda tərəflər arasında İraqın keçmiş borclarının ödənilməsi və bu ölkənin müxtəlif bölgələrində yeni elektrik stansiyalarının tikilməsi ilə bağlı da razılıq əldə olunub.

Qeyd edək ki, hazırda İran İraqa 1200 MVt elektrik enerjisi ixrac edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR