Heydər Əliyev beynəlxalq hava limanı fəaliyyətini tam bərpa edib

Heydər Əliyev beynəlxalq hava limanı fəaliyyətini tam bərpa edib
# 04 fevral 2012 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Heydər Əliyev beynəlxalq hava limanı fəaliyyətini tam bərpa edib. Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, hazırda hava limanı tam gücü ilə işləyəir və hava şəraiti ilə əlaqədar təxirə salınmış bütün aviareyslər artıq yerinə yetirilib: “Bu gecə Bakıdan İstanbula, Moskvaya, Dubaya, səhər saatlarında isə Naxçıvana, Londona, Kiyevə, İstanbula aviareyslər yerinə yetirilib. Ümumiyyətlə, AZAL bütün təxirə salınmış aviareysləri yerinə yetirib”.

M. Səfərli onu da bildirib ki, bu gün AZAL Bakıdan Ankaraya iki aviareys yerinə yetirəcək.

Qeyd edək ki, hazırda Bakı aeroportundan Gəncəyə, İstanbula, Tiflisə, Permə, Ankaraya və Moskvaya aviareyslərin həyata keçirilməsi üzrə hazırlıq işləri gedir. Xatırladaq ki, ötən iki gün hava şəraitinin əlverişsiz olduğundan bir çox aviareys təxirə salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR