Azərbaycan «Eurovision-2012» mahnı müsabiqəsinə gələn əcnəbilərə sadələşdirilmiş şərtlərlə vizaların verilməsinə aprelin 15-də başlayacaq

Azərbaycan «Eurovision-2012» mahnı müsabiqəsinə gələn əcnəbilərə sadələşdirilmiş şərtlərlə vizaların verilməsinə aprelin 15-də başlayacaq
# 23 fevral 2012 12:53 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə məlumat «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) rəsmi veb-saytında yerləşdirilib.

Məlumata əsasən, Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Azərbaycandakı beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Qeyd edilir ki, viza verilməsi üçün əsas «Eurovision-2012» mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd və ya «Eurovision-2012» mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri sayılır.

Məlumatda həmçinin deyilir ki, «Eurovision-2012» mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş müsabiqə iştirakçıları və nümayəndə heyətlərinin üzvlərinə vizalar 2012-ci il aprelin 15-dən iyunun 1-dək, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fan-klub üzvləri, habelə «Eurovision-2012» mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslərinə 2012-ci il mayın 10-dan iyunun 1-dək veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR