Şirvanda özünü Kürə atan şəxsin intihar etdiyi ehtimal olunur

Şirvanda özünü Kürə atan şəxsin intihar etdiyi ehtimal olunur
# 12 sentyabr 2012 12:01 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan sakini özünü Kür çayına ataraq intihar edib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən bildirilib. Şirvan şəhər sakini, 1953-cü il təvəllüdlü Ağasəf Abbasovun sentyabrın 11-də günorta saatlarında idarə etdiyi avtomobili Kür çayının sahilində saxlayaraq özünü çaya atdığı ehtimal olunur. Məlumata görə, Ağasəf Abbasov evdən çıxarkən həyat yoldaşına borca görə özünü öldürəcəyini deyib. Həyata yoldaşının telefon zənglərinə cavab verməyən A.Abbasovun avtomobili çayın sahilində aşkar edib. Güman edilir ki, o, özünü çaya ataraq intihar edib. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çayda axtarış aparırlar.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR