Azərbaycanda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə indiyədək 4,2 mln. manat sığorta haqqı toplanılıb

Azərbaycanda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə indiyədək 4,2 mln. manat sığorta haqqı toplanılıb
# 07 mart 2012 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «İcbari sığortalar haqqında» qanunun tətbiqindən indiyədək İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə 4,2 mln. manatdan çox sığorta haqqı toplanılıb.

İSB-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin dekabrın 12-dən, yəni yeni qanunun tətbiq olunduğu tarixdən indiyədək bu sığorta növü üzrə 54 mindən artıq sığorta müqaviləsi bağlanılıb.

Qeyd edək ki, Büro ötən ilin sonundan fəaliyyət göstərir. Büroya artıq «Paşa Sığorta», «Atəşgah Sığorta», «Standard Insurance», «AtaSığorta», «Xalq Sığorta», «AXA-Mbask», «AzSığorta» və «Alfa Sığorta» şirkətləri üzv olub.

Xatırladaq ki, Büronun yaradılmasında əsas məqsəd zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə xidmətlərə görə, büroya 200 min manat, «Sərnişinlərin icbari sığortası» növünə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» növləri üzrə isə hər birinə 100 min manat birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR