Gənclər Təşkilatları Milli Şurasının qurultayının vaxtı məlum olub

Gənclər Təşkilatları Milli Şurasının qurultayının vaxtı məlum olub
# 20 iyun 2012 10:49 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Gələn ay Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) qurultayı keçiriləcək. Milli Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultay iyunun 30-da baş tutacaq.

Qurultayda Milli Şuranın ötən dövr ərzində gördüyü işlərin hesabatı dinləniləcək. Bundan başqa, ARGTMŞ-ın sədrliyinə və digər seçkili orqanlara seçkilər keçiriləcək. Hazırda Milli Şuranın sədrliyinə 3 namizəd var. Bunlar Mirhəsən Seyidov, Gülsel Səfərova və Şahin Seyidzadədir.

Qeyd edək ki, hazırda sədrlikdən əlavə ARGTMŞ-ın büro üzvlüyünə və digər seçkili orqanlara 18 namizəd var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR