Turkiyənin “Bugün” qəzeti: Turqut Özalın orqanizmində zəhərli maddə aşkarlanıb

Turkiyənin “Bugün” qəzeti: Turqut Özalın orqanizmində zəhərli maddə aşkarlanıb
# 02 noyabr 2012 07:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, qəzet Türkiyənin 8-ci prezidenti Turqut Özalın məzarı açıldıqdan sonra onun nəşindən götürülən nümunələrin analizi zamanı zəhərlənmə əlamətləri aşkarlandığını bildirib. T. Özalın orqanizmində yüksək miqdarda “strixnin kreatin” adlı zəhərli maddənin aşkarlandığı bildirilir. Bu maddənin T. Özalın yeməyinə və ya içkisinə qarışdırıldığı güman olunur.

Hələlik məsələ ilə bağlı rəsmi orqanlar tərəfindən açıqlama verilməyib.

Xatırladaq ki, Ankara Cümhuriyyət Prokurorluğunun T. Özalın zəhərləndiyi iddiası üzrə apardığı istintaq çərçivəsində oktyabrın 2-də eks-prezidentin məzarı açılmış və onun meyitindən analiz üçün nümunələr götürülmüşdü.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR