Azərbaycanda aylıq deflyasiya dövrü bitib

Azərbaycanda aylıq deflyasiya dövrü bitib
# 11 oktyabr 2012 09:08 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında deyilir.

Ay ərzində ərzaq məhsullarından un, çörək, mal və qoyun əti, toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, limon, banan, xiyar və pomidor, bibər, badımcan, göy lobya, göyərti, sarımsağın qiyməti artıb. Bahalaşma ilə yanaşı sentyabr ayında düyü, manna yarması, qarabaşaq yarması, yumurta, kərə yağı, zeytun və günəbaxan yağları, şəkər və şəkər tozu, alma, armud, üzüm, kələm, soğan, kartof, çuğundur, kökün qiymətlərində azalma müşahidə olunub.

Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatında MDB və beynəlxalq reyslər üzrə sərnişindaşıma və təhsil haqları tariflərində artım müşahidə olunub.

Qeyd edək ki, sentyabrından əvvəl ardıcıl 5 ay ərzində Azərbaycanda aylıq deflyasiya müşahidə olunub və artıq ötən ay deflyasiya dövrü bitib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR