İran XİN: “BP neft hasilatını dayandırsa, İran Azərbaycana yardım etməyə hazırdır”

İran XİN: “BP neft hasilatını dayandırsa, İran Azərbaycana yardım etməyə hazırdır”
# 17 oktyabr 2012 08:05 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən xəbərinə görə, bunu həftəlik mətbuat konfransında İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst deyib.

Onun sözlərinə görə, İran qonşu ölkələrlə münasibətlərdə bütün potensialdan istifadə etməyə çalışır: “Biz dəfələrlə qonşularımızı ən çətin vaxtlarında dəstəklədiyimizi nümayiş etdirmişik”.

İran rəsmisi Qərb ölkələrini bölgədə qeyri-stabillik yaratmaq və region ölkələrinin resurslarını qarət etmək cəhdlərində ittiham edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR