Elmar Məmmədyarov Koreya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov Koreya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 23 avqust 2012 15:00 (UTC +04:00)
Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Koreya arasında uğurlu əməkdaşlığın mövcudluğunu qeyd edib və buna misal kimi çoxsaylı Koreya şirkətlərinin ölkəmizdəki fəaliyyətini göstərib. Ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərə görə Səfirə minnətdarlıq bildirən nazir Elmar Məmmədyarov, qarşılıqlı səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində səfir Azərbaycanda işlədiyi dövrün olduqca səmərəli keçdiyini söyləyib, təmsil etdiyi ölkənin xalqlarımız və hökumətlərimiz arasındakı münasibətlərin inkişafına çox böyük əhəmiyyət verdiyini xüsusilə vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR