Azərbaycanın birinci xanımı Keniya Baş nazirinin xanımı ilə görüşüb

Azərbaycanın birinci xanımı Keniya Baş nazirinin xanımı ilə görüşüb
# 29 iyun 2012 22:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Keniyanın Baş nazirinin xanımı İda Odinqa ilə görüşüb.

Keniya Baş nazirinin xanımını Azərbaycanda görməkdən məmnunluğunu bildirən Mehriban xanım Əliyeva qonağa Krans Montana Forumundakı çıxışında ölkəsində qadın hüquqları ilə verdiyi maraqlı məlumatlara görə təşəkkürünü çatdırıb. Azərbaycanın birinci xanımı İda Odinqanı Keniya Baş naziri ilə birlikdə ölkəmizə səfərə dəvət edib.

Krans Montana Forumunda iştirak üçün dəvətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən xanım İda Odinqa Azərbaycanın çox maraqlı ölkə olduğunu vurğulayıb. O, gələcəkdə də Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR