Azərbaycan və Qətər aqrar sahədə əməkdaşlıq etmək niyyətindədir - FOTO

Azərbaycan və Qətər aqrar sahədə əməkdaşlıq etmək niyyətindədir - <font color=red>FOTO</font>
# 28 mart 2012 15:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Qətərin Azərbaycandakı səfiri Şeyx Mubarak bin Farhad əl-Thani ilə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanla Qətər arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Görüş zamanı İ.Abasov ölkədə aqrar sahədə əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib, «Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Qətər Ətraf Mühit Nazirliyi arasında Anlaşma Memorandumu» layihəsinin yekun variantının Qətər tərəfinə təqdim olunması məqsədilə 2010-cu ildə Azərbaycan Xarici İşlər Nazirliyinə göndərildiyini nəzərə çatdırıb.

Görüşdə həmçinin Azərbaycanla Qətər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycandan pambıq mahlıcı, bitki yağları, müxtəlif meyvə şirələri (nar şirəsi, narşərab, tomat pastası, mürəbbələr, pambıq yağı, meyvə ekstraktları) və s. məhsulların Qətərə ixrac olunması imkanlarının araşdırılması, meyvə, tərəvəz, bostan, üzüm məhsullarının istehsalı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, Azərbaycan Dövlət Aqrar Universitetində müasir tələblərə cavab verən tədrisin və lazımi şəraitin mövcudluğunu nəzərə alaraq bu qurumda Qətər vətəndaşlarının təhsil almasının mümkünlüyü barədə Qətər tərəfinin məlumatlandırılması, hər iki ölkədə bitkiçilik, heyvandarlıq və aqrar elm sahəsində müasir texnologiyaların və təcrübələrin öyrənilməsi məqsədilə mütəxəssislərin birgə elmi konfranslarda, simpoziumlarda və sərgilərdə iştirakı, quraqlığa və xəstəliyə davamlı yumşaq buğda, bərk buğda, noxud, həmçinin zeytun bitkilərinin genofond materiallarının mübadiləsi, seleksiya tədqiqatlarında istifadəsi və həmin məhsulların emalı sahəsində qarşılıqlı əməkdaşlıq, mütərəqqi suvarma və torpaq becərmə texnika və texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılması, pambıq, taxıl, meyvə yetişdirilməsi və sortların öyrənilməsi sahəsində birgə tədqiqatların aparılması üçün Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq və Elmi-Tədqiqat Əkinçilik institutları ilə əməkdaşlıq əlaqələrinin yaradılması kimi istiqamətlərdə təkliflər nəzərə çatdırılıb.

Öz növbəsində Qətərin Azərbaycandakı səfiri iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR