Yaxın vaxtlarda Azərbaycan-İsrail ticarət palatası yaradılacaq

Yaxın vaxtlarda Azərbaycan-İsrail ticarət palatası yaradılacaq
# 29 oktyabr 2012 23:55 (UTC +04:00)
Qüds. Anaxanum Hidayətova – APA. Yaxın vaxtlarda Azərbaycan-İsrail ticarət palatası yaradılacaq. Ticarət palatası yaradılmasının təşəbbüskarı Aleks Kaplunun APA-ya verdiyi məlumata görə, İsrail qanunlarına əsasən, Palatnın tərkibinə ən azı 30 biznesmen daxil olmalıdır və hazırda 38 israilli sahibkar layihədə iştirak etməyə razılıq veriblər. Aleks Kaplun həmçinin iki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ticarət palatasının yaradılması iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsinə səbəb olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR