Prezident İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfirini qəbul edib

Prezident İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfirini qəbul edib
# 13 fevral 2012 14:12 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev fevralın 13-də Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. APA-nın məlumatına görə, səfir diplomatik fəaliyyətinin Azərbaycanda uğurla keçdiyini deyib.

Öz növbəsində, dövlət başçısı Azərbaycanla Özbəkistan arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. İ. İrqaşevin səfir kimi bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirən prezident gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR