Hüseyn Cavidin 130 illik yubileyi keçiriləcək

Hüseyn Cavidin 130 illik yubileyi keçiriləcək
# 22 oktyabr 2012 17:47 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük romantik şair və ictimai xadim Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley mərasimi oktyabrın 24-də Akademik Milli Dram Teatrında keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə çıxış edəcəklər. Yubileydə “İblis” faciəsindən Arifin monoloqu, Xalq çalğı alətləri Ansamblının çıxışı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında “Afət” pyesindən, “Şeyx Sənan” faciəsindən, Yusif Səmədoğlu “Qətl günü” romanından parçaların nümayişi nəzərdə tutulur. Həmin gün Fikrət Əmirovun “Şeyx Sənan” faciəsindən “Kor ərəbin mahnısı” xalq artisti Alim Qasımovun ifasında təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR