Mahaçqaladakı partlayışlarda 15 nəfər həlak olub

Mahaçqaladakı partlayışlarda 15 nəfər həlak olub
# 04 may 2012 00:51 (UTC +04:00)
Bakı – APA. Rusiya FHN-i bildirib ki, Dağıstanın paytaxtı Mahaçqalada baş vermiş iki partlayış nəticəsində 15 nəfər həlak olub, 69 nəfər yaralanıb.

APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, partlayışlar 20 dəqiqə intervalla baş verib.
Bildirilir ki, Satavropol vilayəti istiqamətində avtomobillə hərəkət edən terrorçu-kamikadze Mahaçkalanın çıxışında polis postu yanında partlayıcı qurğunu işə salıb. İkinci partlayış isə hadisə yerinə xilasedicilər, təcili yardım və yanğınsöndürən briqadaları gələrkən baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR