Azərbaycan əhalisinin gəlirləri yanvarda 15% artıb

Azərbaycan əhalisinin gəlirləri yanvarda 15% artıb
# 20 fevral 2012 11:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycan əhalisi 2,1 mlrd. manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 14,8% çox gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında orta hesabla hər nəfərə düşən gəlirin həcmi 13,2% artaraq 226,1 manat olub.

«Gəlirlərin 79,2%-i son istehlaka, 10,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 7,6%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib», - deyə Komitədən bildirilib.

Əhalinin sərəncamında qalan gəlir 1,8 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 14,8% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR