Azərbaycanda oğul atasını qətlə yetirib

Azərbaycanda oğul atasını qətlə yetirib
# 12 mart 2012 06:48 (UTC +04:00)
Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib.

Hadisə martın 11-dən 12-ə keçən gecə paytaxtın Naximov küçəsi, ev 17/1 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilov adıçəkilən ünvana gələrək atası ilə aralarında baş verən münaqişə zəminində 1956-cı il təvəllüdlü Yanvar İsrafilovu bıçaqlayıb. Y. İsrafilov aldığı xəsarətdən dünyasını dəyişib. S. İsrafilov isə atasını qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR