Gürcüstanda sürücülük vəsiqəsi almaq elektron variantda həyata keçiriləcək

Gürcüstanda sürücülük vəsiqəsi almaq elektron variantda həyata keçiriləcək
# 21 fevral 2012 09:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Martın 1-dən Gürcüstanda sürücülük vəsiqəsi elektron variantda veriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın daxili işlər naziri Vano Merabişvili açıqlama verib. Nazir deyib ki, sürücünün nəinki nəzəri bilikləri, eyni zamanda avtomobil idarə etmək bacarığı da yeni texnologiya əsasında elektron variantda yoxlanılacaq: “Sürücülük vəsiqəsi almaq üçün praktik imtahan verən sürücülərin imtahandan keçib-keçmədiklərini insan yox, kompüter bildirəcək. İmtahanın gedişi internetdə yayımlanacaq və hər sürücü bu prosesi izləyə biləcək”.

Nazir bildirib ki, elektron variantda imtahan dünyada yalnız Cənubi Koreyada həyata keçirilir və Gürcüstanda bu sırada ikinci ölkə olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR