Azərbaycan paytaxtında 25 yaşlı oğlan qətlə yetirilib, qatil tutulub - YENİLƏNİB

Azərbaycan paytaxtında 25 yaşlı oğlan qətlə yetirilib, qatil tutulub - <font color=red>YENİLƏNİB</font>
# 28 mart 2012 07:15 (UTC +04:00)
Bu barədə APA-ya Binəqədi Rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Bakı şəhər sakini, 25 yaşlı Elçin Məmmədov naməlum şəraitdə bıçaqlanıb. Təcilli olaraq xəstəxanaya çatdırılan E. Məmmədovu xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxs artıq saxlanılıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində E. Məmmədovu qətlə yetirən şəxsin 51 yaşlı Gülağa Məmmədov olduğu müəyyənləşib və o saxlanılıb. Təqsirləndirilən şəxs ilkin ifadəsində hadisəni namus üstündə törətdiyini etiraf edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR