Milli QHT Forumunun rəhbər orqanlarına namizədliklərin irəli sürülməsinə başlanıb

Milli QHT Forumunun rəhbər orqanlarına namizədliklərin irəli sürülməsinə başlanıb
# 19 oktyabr 2012 08:35 (UTC +04:00)
Bakı – APA. Milli QHT Forumunun (MQF) VIII Qurultayı ilə əlaqədar olaraq MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinə başlanıb.
APA-nın xəbərinə görə, MQF-nin VIII Qurultayı hesabat-seçki qurultayı olduğuna görə MQF-nin rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcək.

Nizamnamə tələblərinə uyğun olaraq hər bir QHT rəhbəri MQF-nin rəhbər orqanlarına namizədliyini irəli sürə bilər. MQF üzvü olan QHT rəhbərlərinin bu prosesdə aktiv iştirak etməsi xahiş olunur.

MQF üzvü olan QHT rəhbəri rəhbərlik etdiyi QHT-nin İdarə Heyətinin qərarı ilə namizədliyini verə bilər. Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin qəbulu üçün son tarix 16 noyabr 2012-ci ildir. MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR