Azərbaycan Yazıçılar Birliyinin qurultayı bu ilin sonu, gələn ilin ilk aylarında keçiriləcək

Azərbaycan Yazıçılar Birliyinin qurultayı bu ilin sonu, gələn ilin ilk aylarında keçiriləcək
# 31 oktyabr 2012 10:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu AYB-nin sədri Anar bu gün keçirdiyi mətbuat konfransında deyib: “Birliyin qurultayının yubanmasının müxtəlif səbəbləri var. Əvvəllər də qurultaylar vaxtında keçirilmirdi. Hətta bəzən birliyin qurultayları arasında 20 il fasilə də olub. Birliyin binası təmir olundu, sonra birliyin 75 illik yubileyi qeyd olundu. Bunlar da qurultayı gecikdirən səbəblərdəndir”.

Anar deyib ki, əvvəllər AYB-nin qurultayında bütün üzvlər iştirak edirdi. İndi isə birliyin 1500 üzvü olduğundan qurultayda onların hamısının iştirakı mümkün deyil və nümayəndələr seçilməlidir: “Qurultaya hazırlıq işləri gedir. Amma bu proses asan getmir. Biz “Ədəbiyyat” qəzetinin hər nömrəsində elan veririk ki, birlik üzvləri qeydiyyatdan keçsinlər. Onlar qeydiyyatdan keçmirlər ki, biz nə qədər üzvümüz olduğunu dəqiq bilək. 200 birlik üzvü isə üzvlük haqqı vermir. Amma istənilər halda qurultay bu ilin sonu gələn ilin ilk aylarında keçiriləcək”.

Anar qurultayda birlik sədrliyinə öz namizədliyini verib-verməyəcəyinə də aydınlıq gətirib: “Mən yalnız qurultay ərəfəsində namizədliyimi verib verməyəcəyimə dair qərarımı bildirəcəyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR