Elnur Məmmədli reytinq siyahısında mövqeyini qoruyub

Elnur Məmmədli reytinq siyahısında mövqeyini qoruyub
# 15 fevral 2012 08:00 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası Dünya Kubokunun yekunlarına əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan milli komandasının üzvləri üçün ürəkaçan olmayıb.

Belə ki, yığmamızın aparıcı üzvləri İlqar Müşkiyev (60 kq), Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımovun (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) yerlərində sayıblar. Onlar yenə müvafiq olaraq, 11-ci, 3-cü, 26-cı, 11-ci, 37-ci, 14-cü və 15-ci pillələri tuturlar.

Tərlan Kərimov (66 kq) isə 1 pillə geriləməklə, 14-cü yerə enib.

Reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, ötən həftə kişi cüdoçular arasında Avstriyada, qadın cüdoçular arasında Macarıstanda keçirilən yarışlarda yalnız İlqar Müşkiyevin (60 kq) gümüş medal qazanmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR