Qorxmaz Hüseynov: “Azərbaycanda içməli su və kanalizasiya problemi 2014-cü ilin sonunadək həllini tapacaq”

Qorxmaz Hüseynov: “Azərbaycanda içməli su və kanalizasiya problemi 2014-cü ilin sonunadək həllini tapacaq”
# 19 aprel 2012 10:54 (UTC +04:00)
Qusar. Vəli Turan - APA. Azərbaycanın 40 şəhər və rayon mərkəzində içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması üçün iş gedir. APA-nın şimal bürosunun məlumatına görə, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin göstərişi ilə 2014-cü ilin sonuna qədər Azərbaycanın şəhər və rayon mərkəzlərinin içməli su və kanalizasiya problemi öz həllini tapacaq: “Bundan sonra kəndlərdə bu sahədə olan mövcud problemlərin həllinə başlanılacaq”.

Qeyd edək ki, bu gün Qusar rayonunda yeni sutəmizləyici qurğunun təməlqoyma mərasimi keçirilib. Sutəmizləyici qurğu Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Kiçik şəhərlərdə su-kanalizasiya sisteminin yenilənməsi” layihəsi çərçivəsində inşa olunur. İcrasına Qusar rayonunda start verilən layihə çərçivəsində 10 şəhər və rayon mərkəzində su-kanalizasiya sistemi yenidən qurulacaq. Bu gün Xaçmaz və Xızı rayonlarında da sutəmizləyici qurğuların təməli qoyulacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR