Rusiya və Azərbaycan Samur çayı üzərindəki körpünün təmiri və yeni körpünün inşası haqqında razılığa gəlib

Rusiya və Azərbaycan Samur çayı üzərindəki körpünün təmiri və yeni körpünün inşası haqqında razılığa gəlib
# 06 aprel 2012 13:12 (UTC +04:00)
APA-Economics”in portnews.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Tərəflər arasında danışıqlar Rusiyanın nəqliyyat naziri İqor Levitinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində baş tutub. Nazir Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb.

Danışıqlarda qeyd olunub ki, Samur çayı üzərindəki körpü Azərbaycan və Rusiya arasında avtomobil yükdaşımalarını təmin edən nəqliyyat sisteminin əsas həlqəsidir. Tərəflər körpü keçidinin qeyri-məqbul vəziyyətini və məhdud buraxılış qabiliyyətini, eləcə də bu ərazidə yükdaşımaların həcminin getdikcə artmasını nəzərə alaraq Yaraq-Qazmalar - Samur buraxılış məntəqələri rayonunda yeni körpünün inşasının zəruriliyi haqqında yekun fikrə gəliblər.

Mövcud körpünün təmiri və yeni körpünün inşası üçün ekspert qruplarının yaradılması haqqında razılıq əldə olunub. təmir zamanı zərurət yaranarsa, yük maşınlarının buraxılışı Yeni Filya (Rusiya) - Şirvanovka (Azərbaycan) buraxılış məntəqələri vasitəsilə həyata keçirilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR