İraqın Azərbaycandakı səfirliyi İranın nüvə proqramına dair danışıqların ikinci raundunun Bağdadda keçirilməsi haqqında bəyanat yayıb

İraqın Azərbaycandakı səfirliyi İranın nüvə proqramına dair danışıqların ikinci raundunun Bağdadda keçirilməsi haqqında bəyanat yayıb
# 03 may 2012 09:33 (UTC +04:00)
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, danışıqların ikinci raundunun Bağdadda keçirilməsi təsdiqlənib: “İraqın müasir beynəlxalq və regional böhranların həllində fəal rolunun təcəssümü olaraq, İraq hökuməti regionda beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsi üçün beynəlxalq və regional səviyyədə qaynar nöqtələrdə olan problemlərin həllində öz fəal rəhbərliyinə doğru addımlamağa başlayıb. Regionu dağıdıcı müharibələr və ixtilaflar oduna sürüklənməsinin qarşısını almaq və regionu kütləvi qırğın silahlarından və siyasi gərginlikdən azad regiona çevirmək yolunda regional cəhdlərə rəhbərlik etmək istəyindən irəli gələrək, 23 may 2012-ci il tarixində Bağdadda İranın nüvə proqramı ilə bağlı növbəti görüş keçiriləcək. Görüşdə Avropa Birliyi tərəfindən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında 5+1 formatında (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) nümayəndə heyəti və İran tərəfindən İranın milli təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Səid Cəlilinin rəhbərliyi altında nümayəndə heyəti iştirak edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR