Fransa Suriya keçid hökumətini tanımağa hazırdır

Fransa Suriya keçid hökumətini tanımağa hazırdır
# 27 avqust 2012 19:21 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Fransua Olland Suriya müxalifətini keçid hökuməti yaratmağa çağırıb və bu hökuməti tanımağa hazır olduğunu bəyan edib.

«Fransa Suriya müxalifətindən yeni Suriyanın legitim nümayəndəsi ola biləcək keçid hökuməti yaratmağı tələb edir. Fransa yeni Suriya hökuməti yaranan kimi onu tanıyacaq», deyə prezident bildirib.

Olland həmçinin Suriyada bufer zonalarının yaradılması üzərində işlədiklərini də qeyd edib.

Suriyada münaqişə 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, münaqişə nəticəsində 17 mindən artıq insan həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR