Azərbaycan və Afrika ölkələri gəncləri arasında əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan və Afrika ölkələri gəncləri arasında əməkdaşlıq Memorandumu imzalanıb
# 27 sentyabr 2012 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Afrika qitəsinin 55 ölkəsinin gənclər təşkilatını özündə birləşdirən “Pan-Afrika” Gənclər Birliyi arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması, inteqrasiya və digər məsələlər müzakirə edilib. ARGTMŞ-nin sədri Şahin Seyidzadə və “Pan-Afrika” Gənclər Birliyinin baş katibi Tendai Venyika çıxış ediblər.

Onlar Azərbaycanla “Pan-Afrika” Gənclər Birliyi, həmçinin bu təşkilata daxil olan ölkələr arasında əməkdaşlıq perspektivlərindən danışıblar.

Sonda ARGTMŞ ilə “Pan-Afrika” Gənclər Birliyi arasında Qarşılıqlı Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR