Allahşükür Paşazadə: “Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən yeni məscidin inşası Şəhidlər xiyabanı ərazisindəki camenin bağlanacağı anlamına gəlməməlidir”

Allahşükür Paşazadə: “Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən yeni məscidin inşası Şəhidlər xiyabanı ərazisindəki camenin bağlanacağı anlamına gəlməməlidir”
# 15 mart 2012 14:59 (UTC +04:00)
Şəhidlər xiyabanı ərazisindəki məscidin sökülməsi barədə gəzən söz-söhbət həqiqəti əks etdirmir. Həmişə demişəm, yenə də qeyd edirəm ki, həmin məscid gələcəkdə də fəaliyyətini davam etdirəcək”. APA-nın xəbərinə görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, Azərbaycan dövləti məscidlərin, digər dini abidələrin tikintisinə, bərpasına və qorunmasına xüsusi qayğı ilə yanaşır: “Bir zamanlar cəmi 18 məscid fəaliyyət göstərən Azərbaycanda müstəqillikdən sonra 2 mindən çox məscid dindarların ixtiyarına verilib”.

Xatırladaq ki, 2011-ci ilin oktyabr ayında Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə paytaxtda “Cümə” məscidinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. H. Abutalıbov isə “Cümə” məscidinin inşası üçün ərazinin ayrılması haqqında sərəncam imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR