Yay mövsümünün yaxınlaşması ilə əlaqədar Azərbaycanda bütün turizm obyektləri yoxlanılacaq

Yay mövsümünün yaxınlaşması ilə əlaqədar Azərbaycanda bütün turizm obyektləri yoxlanılacaq
# 12 aprel 2012 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yay mövsümünün yaxınlaşması ilə əlaqədar Azərbaycanda bütün turizm obyektləri, o cümlədən hotel, mehmanxana və istirahət mərkəzləri yoxlanılacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda turizm mövsümü adətən iyunun 15-də açılır: “Ona görə də yoxlamalar may ayının sonunda - iyunun əvvəlində aparılacaq”.

Nazir keyfiyyətsiz və lisenziyasız fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinin dayandırılacağını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR