İranın vitse-prezidenti Mahmud Əhmədinejadın məktubunu Azərbaycan prezidentinə təqdim edib - FOTO

İranın vitse-prezidenti Mahmud Əhmədinejadın məktubunu Azərbaycan prezidentinə təqdim edib - <font color=red>FOTO</font>
# 06 sentyabr 2012 06:54 (UTC +04:00)
APA-nın məlumatına görə, ikitərəfli münasibətlərin inkişafında mədəni əlaqələrin mühüm əhəmiyyət daşıdığını vurğulayan prezident “İpək yolunun dadı: kulinariya, mədəniyyət və turizm” mövzusunda Bakıda keçiriləcək konfransın önəmini qeyd edbi. Dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Seyid Həsən Musəvi İran prezidenti Mahmud Əhmədinejadın salamlarını və məktubunu Azərbaycan prezidentinə çatdırıb. O, Azərbaycana bu səfərinin ölkələr arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından yaxşı fürsət yaratdığını deyib.

Görüşdə ikitərəfli münasibətlərin təməl prinsipi olan xalqlar və dövlətlər arasında mövcud olan dostluq, mehriban qonşuluq və sıx əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR