Novxanı çimərliyində batan ikinci şəxsin də meyiti tapılıb

Novxanı çimərliyində batan ikinci şəxsin də meyiti tapılıb
# 12 iyul 2012 11:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Novxanı çimərliyində batan ikinci şəxsin də meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 10-da Sumqayıt şəhəri ərazisində dənizdə (“Novxanı” sularda xilasetmə postunun ərazisindən 1,8 km aralıda, nəzarətsiz ərazidə) batmış, 1994-cü il təvəllüdlü Əhliman Zaur oğlu Zalıyevin axtarışları başa çatıb. Ə.Zalıyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 500 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 10-da Novxanı çimərliyində iki nəfər batıb. Dənizdə çimərkən batan, 1995-ci il təvəllüdlü Nicat İsmayılovun meyiti isə ötən gün tapılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR