Dövlət Statistika Komitəsi: Son 12 ildə Azərbaycanda 55,254 mlrd. manatlıq əsas fondlar istifadəyə verilib

Dövlət Statistika Komitəsi: Son 12 ildə Azərbaycanda 55,254 mlrd. manatlıq əsas fondlar istifadəyə verilib
# 30 oktyabr 2012 12:13 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin dərc etdiyi «Azərbaycanda tikinti - 2012» hesabatına istinadən verdiyi məlumata görə, ötən il ərzində ölkədə əsas fondların istifadəyə verilməsi 10 624 111,8 min manat təşkil edib ki, bu göstərici 2000-ci ilə nisbətən 16 dəfə artıb.

Əsas fondların istifadəyə verilməsində dövlət mülkiyyətində olan obyektlərin həcmi 18 348 965,0 min manat, qeyri-dövlət mülkiyyətində olan obyektlərin həcmi isə 36 905 289,4 min manat təşkil edib. Son 12 il ərzində dövlət mülkiyyətli obyektlərin həcmi 8,7 dəfə, qeyri-dövlət mülkiyyətli obyektlərin həcmi isə 28,3 dəfə artıb.

Əgər 2000-ci ildə istifadəyə verilmiş dövlət obyektlərinin ümumi həcmdə xüsusi çəkisi 63,3%, qeyri-dövlət mülkiyyətli obyektlərin xüsusi çəkisi isə 36,7% təşkil edirdisə, 2011-ci ildə bu göstəricilər müvafiq olaraq 34,8% və 65,2% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR