Yevlaxda sərxoş sürücü avtomobillə 71 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb

Yevlaxda sərxoş sürücü avtomobillə 71 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb
# 30 oktyabr 2012 08:30 (UTC +04:00)
Yevlax. Elvin Yaqubov - APA. Yevlax şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Fizuli küçəsində qeydə alınıb. Şəhər sakini, 1968-ci il təvəllüdlü Vəliyev Bayram Zamanxan oğlu idarə etdiyi 10-UM-310 dövlət nömrə nişanlı “VAZ 21154” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən yolu keçən piyadanı -1941-ci il təvəllüdlü İbrahimova Nigar Şəki qızını vuraraq öldürüb. Sürücü idarəetməni itirərək yolun kənarında dayanmış avtomobillə -Yevlax şəhər sakini, 1966-cı il təvəllüdlü Əliyev Şahin Məhərrəm oğluna məxsus 10-UM-725 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla toqquşub. Məlumata görə, spirtli içki qəbul edərək qəza törədən sürücü hadisə yerindən qaçıb. Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR