“TRT Avaz”da “Azərbaycan xəbərləri”nin yayımına başlanıb

“TRT Avaz”da “Azərbaycan xəbərləri”nin yayımına başlanıb
# 17 aprel 2012 09:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “TRT Avaz” kanalı Azərbaycan dilində xəbərlərin yayımına başlayıb. Bu barədə APA-ya TRT-nin Bakı ofisinin rəhbəri Yüksəl Dəyərcan məlumat verib. “Azərbaycan xəbərləri” proqramı “TRT Avaz” kanalında həftə içi hər gün yerli vaxtla saat 19:30-da 10 dəqiqə efirdə olacaq.

“Azərbaycan xəbərləri”nin prodüseri 2006-2009-cu illərdə TRT-nin Bakı nümayəndəliyində müxbir olmuş Əli Doğandır. Xəbərləri “TRT Avaz”da İctimai Televiziyanın diktoru Tamilla Şirinova təqdim edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR