Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehsalatda 7 nəfər ölüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehsalatda 7 nəfər ölüb
# 09 mart 2012 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehsalat prosesi zamanı 25 bədbəxt hadisə baş verib ki, bunun da nəticəsində 7 nəfər ölüb, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bunu «APA-Eonomics»ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov bildirib.

Onun sözlərinə görə, istehsalatda baş verən hadisələrin 9-u tikintidə, qalanı isə digər sahələrdə baş verib: «Ümumilikdə bu ilin ilk iki ayında istehsalat prosesində ölüm hadisələrinin (7 nəfər) 3-ü tikinti sektorunda baş verib, bu sektor üzrə isə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb».

M.Məhərov bildirib ki, istehsalatda təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində xidmətin işçiləri tərəfindən daim maarifləndirici tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR