Qurban Yetirmişli: “Hazırda bölgədə güclü təkanlar müşahidə olunmur”

Qurban Yetirmişli: “Hazırda bölgədə güclü təkanlar müşahidə olunmur”
# 07 may 2012 09:44 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi baş direktoru Qurban Yetirmişli bildirib.

O qeyd edib ki, hazırda bölgədə güclü təkanlar müşahidə olunmur: “Bəzi yerlərdə xırda təkanlar müşahidə olunur ki, bu da normaldır. Hazırda əməkdaşlarımız hadisə baş verən rayonda zəlzələnin törətdiyi fəsadları araşdırır. Araşdırmalar başa çatandan sonra yekun nəticələr açıqlanacaq”.

Qeyd edək ki, Zaqatala baş verən ilk zəlzələ bu gün saat 09.40-da rayon mərkəzindən 17 km cənub-qərbdə 5,5 maqnitudada (12 ballıq şkala üzrə 7 bala yaxın), 10-12 km dərinlikdə qeydə alınıb.

Bunun ardınca daha iki zəlzələ olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR