Yunanıstan DEPA-nın özəlləşdirilməsini ilin sonunadək başa çatdıracaq

Yunanıstan DEPA-nın özəlləşdirilməsini ilin sonunadək başa çatdıracaq
# 04 may 2012 12:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Yunanıstanın DEPA dövlət qaz şirkətinin özəlləşdirilməsi prosesi 2012-ci ilin sonunadək tam başa çatdırılacaq. APA-nın məlumatına görə, bunu DEPA-nın baş direktoru, Direktorlar Şurasının sədri Xaris Saxinis bəyan edib.

«Özəlləşdirmə prosesi normal davam edir. Biz may ayının sonunadək prosesdə maraqlı olan bütün şirkətlərə informasiya memorandumu göndərəcəyik. Əminik ki, özəlləşdirmə cari ilin sonunadək tam başa çatacaq», - deyə X.Saxinis bildirib.

Xatırladaq ki, bu yaxınlarda Yunanıstan hökuməti DEPA-nın (o cümlədən, onun törəmə qurumu - qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin) özəlləşdirilməsi ilə bağlı keçirilən müsabiqəyə namizəd kimi buraxılan 14 şirkətin adını açıqlayıb. Bunların arasında Azərbaycan Dövlət Neft Şirkəti də var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR