Türkiyədən Azərbaycana gizli yolla qızıl və zinət əşyalarının gətirilməsinin qarşısı alınıb

Türkiyədən Azərbaycana gizli yolla qızıl və zinət əşyalarının gətirilməsinin qarşısı alınıb
# 19 sentyabr 2012 12:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan gömrükçüləri Türkiyədən Azərbaycana gizli yolla qızıl və zinət əşyalarının gətirilməsinin qarşısını alıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Canpolad İsmayılovun çantasına baxış zamanı çantadakı şəxsi əşyaların arasında sellofan torbaya yerləşdirilmiş plastik qabın içərisindən bəzilərinin üzərində qaşlar olan qızıl zinət əşyaları - 82 ədəd boyunbağı, 79 ədəd qolbaq, 95 cüt sırğa, 72 ədəd üzük, 9 ədəd kulon, 6 ədəd üzük və sırğa cütü dəsti aşkar olunub. Bundan başqa, şəxsi yoxlama nəticəsində isə C.İsmayılovun şalvarının cibindən, üzəri qaşlarla bəzədilmiş 1 ədəd üzük, 1 ədəd üzük və sırğa cütü aşkarlanıb.

İlkin araşdırma zamanı C.İsmayılov sözügedən qızıl zinət əşyalarını Türkiyənin İstanbul şəhərindən satış məqsədilə aldığını bildirib. O, həmin malları gömrük orqanına bəyan etməməsinin səbəbini müvafiq qanunvericiliyi yaxşı bilməməsi ilə izah edib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, həmin zərgərlik məmulatlarının əyarı 585, ümumi çəkisi isə 1772,37 qram müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR