Dow Jones indeksi 0,2%, S&P 500 0,02% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,02% enib, Nasdaq 0,1% yüksəlib
# 29 avqust 2012 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 103 bəndədək, S&P 500 0,02% - 1 410 bəndədək enib, Nasdaq isə 0,1% - 3 077 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına korporativ hesabatlar təsir edib.

Avropa fond bazarlarında avqustun 28-də FTSE 100 indeksi 0,02% - 5 776 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 003 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 432 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 669,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2557 (+0,6%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR