Serbiya paytaxtında Azərbaycanın ayırdığı maliyyə hesabına bərpa olunan məscidin açılışı keçirilib

Serbiya paytaxtında Azərbaycanın ayırdığı maliyyə hesabına bərpa olunan məscidin açılışı keçirilib
# 04 may 2012 08:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mayın 4-də Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanın ayırdığı maliyyə vəsaiti hesabına bərpa olunan Bayraqlı məscidinin açılışı keçirilib. APA-nın Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, açılış mərasimində Serbiya prezidenti və prezidentliyə namizəd Boris Tadiç, Serbiya islam icmasının rəhbəri Adəm Zilkiç, Serbiya Pravoslav Kilsəsinin patriarxı İriney, Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan yepiskopu Aleksandr iştirak edib.

Patriarx İriney bildirib ki, məscidin Azərbaycanın yardımı ilə açılması iki ölkə arasındakı dostluq əlaqələrinin səviyyəsini göstərir. A. Paşazadə və yepiskop Aleksandr Azərbaycanda mövcud olan tolerantlıqdan bəhs ediblər. E. Əfəndiyev qeyd edib ki, bu tədbir iki ölkə prezidentləri İlham Əliyev və Boris Tadiç arasındakı dostluq əlaqələrinin göstəricisidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR