Təhsil Nazirliyində dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirilib

Təhsil Nazirliyində dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirilib
# 19 aprel 2012 12:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Təhsil Nazirliyində 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanması və çapına dair tenderqabağı iclas keçirilib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iclasda çıxış edən təhsil naziri Misir Mərdanov son illər dərsliklərin hazırlığı istiqamətində əldə olunmuş yeniliklər və müsbət irəliləyişlərdən danışıb. Bu sahədəki problemlərə də toxunan nazir bu işdə istər nəşriyyat-poliqrafiya müəssisələri və onların seçdiyi müəlliflər, istərsə də Dərslikləri Qiymətləndirmə Şurası və onun ekspertlərinin məsuliyyət daşıdığını söyləyib.

M. Mərdanov bildirib ki, Dərslikləri Qiymətləndirmə Şurası ekspertlərinin tərkibində dəyişikliklər aparılmalı, yeni üzvlər qəbul edilməli və onlar müəyyən kurslardan keçirilməlidir. O, 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanıb çap olunması ilə bağlı 13 nəşriyyat-poliqrafiya müəssisəsinin tender komissiyasına müraciət etdiyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR