ATƏT-in baş katibi Cənubi Qafqaz ölkələrinə səfər edəcək

 ATƏT-in baş katibi Cənubi Qafqaz ölkələrinə səfər edəcək
# 05 iyul 2012 22:20 (UTC +04:00)
APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Zanyer dövlət rəsmləri, siyasi təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Baş katib Bakıda 8-9 iyulda, Tblisi və Batumidə 10-11 iyulda, İrəvanda isə 11-12 iyulda olacaq. O, görüşlərdə siyasi, iqtisadi, ekoloji və humanitar sahədə əməkdaşlığa dair məsələləri müzakirə edəcək.

Bakıda, Tbilisidə və İrəvanda ATƏT baş katibinin mətbuat konfransı da nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR